AFFA İntizam Komitəsi “Zirə”nin futbolçusunu cəzalandırdı

10 noyabr 2023 - 15:40

AFFA İntizam Komitəsi “Zirə” klubunun futbolçusu Vladislav Kulaçı cəzalandırıb.

Sportteam.az xəbər verir ki, buna ukraynalı futbolçunun təcavüzkar davranışı səbəb olub.

30 yaşlı hücumçu Azərbaycan Premyer Liqasının XII turunun “Sabah” - “Zirə” görüşünün 90-cı dəqiqəsində təcavüzkar davranışa yol verdiyinə görə 4 oyun cəzalanıb. Paytaxt klubu isə 3000 manat cərimələnib.

Qeyd edək ki, bu qarşılaşma “Zirə”nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

  • 10 noyabr 15:40
  • 49

Digər xəbərlər

XƏBƏR LENTİ

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Search