İsveç yığmasının millimizlə oyun üçün heyəti açıqlandı

09 noyabr 2023 - 18:45

İsveç yığmasının AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan və Estoniya ilə keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.

Sportteam.az xəbər verir ki, baş məşqçi Yanne Andersson 25 futbolçunu çağırıb.

Onlardan 3-ü qapıçı, 8-i müdafiəçidirsə, digər 14 nəfər yarımmüdafiə və hücum xəttində çıxış edir.

Qeyd edək ki, noyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycanın qonağı olacaq isveçlilər bundan üç gün sonra Solnada Estoniyanı qəbul edəcəklər.

  • 09 noyabr 18:45
  • 46

XƏBƏR LENTİ

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Search