Avropa Liqası: “Qarabağ” bu gün “Bayer Leverkuzen"i qəbul edəcək

09 noyabr 2023 - 09:07

UEFA Avropa Liqasının qrup mərhələsində bu gün IV turun oyunları keçiriləcək.

Sportteam.az-ın məlumatına görə, Azərbaycanın turnirdəki təmsilçisi “Qarabağ” növbəti matçına çıxacaq.

H qrupunda yer alan Ağdam təmsilçisi Almaniyanın “Bayer 04” klubu ilə üz-üzə gələcək. Qurban Qurbanovun yetirmələri ötən turda səfərdə 1:5 hesabı ilə məğlub olduqları Leverkuzen komandasını Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcəklər.

Hazırda “Bayer 04” 9 xalla qrupda liderlik edir, “Qarabağ” isə 6 xalla ikinci pillədə qərarlaşıb.

Qrupun digər görüşündə “Hakken”lə (İsveç) “Molde” (Norveç) birincilərin meydanında üz-üzə gələcəklər.

UEFA Avropa Liqası
H qrupu, IV tur
9 noyabr

21:45. “Qarabağ” (Azərbaycan) – “Bayer 04” (Almaniya)
Baş hakim: Kreyq Pouson (İngiltərə).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

  • 09 noyabr 09:07
  • 136

XƏBƏR LENTİ

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Search