"Çelsi"nin cinah oyunçusu Rahim Sterlinq Eden Hazarddan nümunə götürəcəyini və oyundan həzz almağı dayandırdıqda karyerasını bitirəcəyini bildirib.
Sportteam.az xəbər verir ki, oyunçu bu barədə yerli mətbuata açıqlama verib: “Mən Eden kimiyəm. O mənada ki, futboldan həzz almağı dayandıranda karyeramı bitirəcəyəm. Sənə bu qədər sevinc gətirənlərə nifrət etməməlisən. Düşünürəm ki, sən futboldan həzz almağı dayandırana qədər oynamalısan”.
Qeyd edək ki, daha əvvəl "Çelsi" və "Real"da çıxış edən Hazard bu yaxınlarda 32 yaşında karyerasını bitirdiyini açıqlamışdı