“Real” daha bir futbolçusu ilə müqaviləni yenilədi

07 noyabr 2023 - 18:11

İspaniyanın “Real” klubu daha bir futbolçusu ilə yeni müqavilə bağlayıb.

Sprtteam.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, yarımmüdafiəçi Eduardo Kamavinqa sözləşməsini uzadıb.

Fransa millisinin üzvü anlaşmasını 2029-cu ilin yayına qədər artırıb. Kamavinqa 2021-ci ildən “Real”da çıxış edir. 20 yaşlı orta sahə oyunçusu həmin vaxtdan bəri 114 oyun keçirib.

Qeyd edək ki, “Real” bir neçə gün əvvəl braziliyalı hücumçuları Vinisius Junior və Rodriqo ilə müqavilənin müddətini uzadıb.

  • 07 noyabr 18:11
  • 202

XƏBƏR LENTİ

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Search