Türkiyə Super Liqasında 11-ci turun qarşılaşmaları keçirilir.
Cari çempionatda xal tkisinin nə olduğunu bilməyən "Fənərbağça" doğma meydanda "Trabzonspor"u qəbul edib. Görüşün favoriti hesab olunan meydan sahibləri gğzlənilmədən rəqibinə 2:3 hesabı ilə uduzub.
Əzəli rəqibinin xal itirməsi "Qalatasaray"ı yarış cədvəlində birinci mövqedə qərarlaşmasına səbəb olub. "Kasımpaşa" ilə doğma meydanda qarşılaşan Okan Burukun yetirmələri 2:1 hesablı qələbəyə sevinib. Qeyd edək ki, cim-bomun hər iki qolunun müəllifi Uilfrid Zaha olub.
Zəif mövsüm keçirən "Beşiktaş" qonaq meydanda "Antalyaspor"a 2:3 hesabı ilə məğlub olub.
Milimizin futbolçusu Renat Dadaşovun forma geydiyi "Hatayspor" səfər matçında "Samsunspor"a 1:2 hesabı ilə uduzub. Qeyd edək ki bu "Samsunspor" komandasının cari çempionatda ilk qələbəsi olub.
Yığmamızın digər üzvü Şahruddin Məhəmmədəliyevin çıxış etdiyi "Adana Demirspor isə Sivas səfərində "Sivasspor"la 1:1-lik heç-heçəyə razılaşıb.
"Konyaspor" - "Fatih Karagümrük" oyunu da eyni nəticə ilə başa çatıb.
Altı qolun qeyd alındığı "İstanbulspor" - "Pendikspor" atçında sevinən tərəf qonaqlar olub 2:4.
Məhsuldarlığı ilə yadda qalan "İstanbul Başakşəhər" - "Ankaragücü" oyunu məhsuldar bərabərliklə yekunlaşıb 3:3.
Tura bu gün keçiriləcək "Kayserispor" - "Alanyaspor" və "Qaziantep" - "Rizespor" grüşləri ilə yekun vurulacaq. Qeydə alınan nəticələrdən sonra "Qalatasaray" 31 xalla vahid liderdir. Ondan bir xal geri qalan "Fənərbağça" ikinci mövqedədir. İlk üçlüyü isə aktivində 21 xalı olan "Adana Demirspor" komandası qapıyır.