İspaniya nəhəngi futbolçusu ilə yeni müqavilə imzaladı

02 noyabr 2023 - 20:35

İspaniyanın “Real” klubu daha bir futbolçusu ilə yeni müqavilə bağlayıb.

Sportteam.az klubun rəsmi saytına istinadən məlumatına görə, hücumçu Rodriqo madridlilərlə sözləşməsinin müddətini uzadıb.

Braziliya millisinin üzvü anlaşmasını 3 illik artırıb. 22 yaşlı forvard artıq 2028-ci ilin yayına qədər La Liqa təmsilçisinə məxsusdur. Rodriqo 2019-cu ildən “Real”da çıxış edir. O, həmin vaxtdan bəri 179 oyun keçirib, 39 qol, 33 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, “Real” bir neçə gün əvvəl digər braziliyalı hücumçusu Vinisius Juniorla müqavilənin müddətini 2027-ci ilin yayına qədər uzadıb.

  • 02 noyabr 20:35
  • 42

XƏBƏR LENTİ

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Search