“Çelsi”nin xalları silinə bilər

31 oktyabr 2023 - 17:35

İngiltərənin “Çelsi” klubunun xalları silinə bilər.

Sportteam.az “The Times” nəşrinə istinadən xəbər verir ki, London klubunun transferləri ilə bağlı araşdırmaya başlanılıb.

“Zadəganlar”ın Roman Abramoviçin dönəmində - 2003-2022-ci illər aralığında reallaşdırdığı bəzi keçidlər şübhə yaradıb. Xüsusən də 2013-cü ildə Samuel Eto'o və Villiamın transferi zamanı Premyer Liqa təmsilçisinin Rusiya klubu “Anji” rəsmilərinə qanunsuz ödəniş etdiyi iddia olunur.

İngiltərə klubunun qeyri-qanuni yollara əl atdığı sübuta yetirilsə, xalları silinə və transfer qadağası qoyula bilər.

  • 31 oktyabr 17:35
  • 26

XƏBƏR LENTİ

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Search