“Liverpul”un futbolçusunun valideynləri oğurlanıb

29 oktyabr 2023 - 09:08

Kolumbiyada “Liverpul”un futbolçusu Luis Diasın valideynləri oğurlanıb.

Sportteam.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Quahira departamentinin Barrankas şəhərində baş verib.

Bildirilib ki, Diasın valideynləri avtomobili idarə edərkən motosikletli şəxslər onların yolunu kəsib.

Polis artıq futbolçunun anasını xilas edə bilib. Hazırda onun atasının azad edilməsi üçün əməliyyat aparılır.

Qeyd edək ki, 26 yaşlı Dias ötən ilin yanvarında "Portu"dan "Liverpul"a keçmişdi. Bu müddət ərzində o, İngiltərə klubunun heyətində bütün turnirlərdə 58 oyun keçirib və 14 qol vurub.

Kolumbiya millisinin tərkibində 2021-ci ildə Amerika Kubokunda bürünc medal qazanıb. O, həmçinin argentinalı hücumçu Lionel Messi ilə turnirin bombardiri adını bölüşüb. Hər ikisi dörd qol vurub.

  • 29 oktyabr 09:08
  • 109

XƏBƏR LENTİ

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Search