Rusiyalı məşqçi: "Bayer 04" ilə oyuna görə Lunyovu qınamağa dəyməz"

28 oktyabr 2023 - 12:33

Rusiya millisinin və "Rostov" klubunun qapıçılar üzrə məşqçisi Vitali Kafanov "Qarabağ"ın qapıçısı Andrey Lunyovun Avropa Liqasının qrup mərhələsinin III turunda Almaniyada "Bayer 04" ilə görüşdə 5 qol buraxmasına münasibət bildirib.

Sportteam.az "Metaratings" nəşrinə istinadən xəbər verir ki, 63 yaşlı mütəxəssis iki klub arasında səviyyə fərqinin böyük olduğunu söyləyib.

Kafanov 31 yaşlı qolkiperin yalnız sonuncu qolda səhv etdiyini vurğulayıb: "Əlbəttə, 5 qol çoxdur. Amma matça baxsanız, Lunyovu qınamağa dəyməz. Beşinci qol isə qarşılaşmanın gedişatına təsir etmədi. Qapıçı orada daha yaxşı oynaya bilərdi".

Qeyd edək ki, "Qarabağ" səfərdə "Bayer 04"ə 1:5 hesabı ilə uduzub.

  • 28 oktyabr 12:33
  • 116

XƏBƏR LENTİ

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Search