Çempionlar Liqası

"Bavariya"dan ardıcıl rekordlar

25 oktyabr 2023 - 08:28

Oktyabrın 24-də Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunun matçında "Bavariya" səfərdə "Qalatasaray"ı 3:1 hesabı ilə məğlub edib. 

Sportteam.az xəbər verir ki, bunun sayəsində Münhen klubu Çempionlar Liqasının qrup mərhələsindəki duellər seriyasını məğlubiyyətsiz ardıcıl 37 oyuna çatdıraraq, turnir rekordunu yeniləyib.

Maraqlıdır ki, 37 qarşılaşmadan 34-ü "Bavariya"nın qələbəsi ilə başa çatıb. Qalan 3-də isə komanda heç-heçə edib. Bundan əlavə, "Bavariya" Çempionlar Liqasının qrup mərhələsində ardıcıl 16 qələbə qazanıb ki, bu da turnir rekordudur.

“Bavariya” sonuncu dəfə Çempionlar Liqasının qrup mərhələsində 2017-ci ildə PSJ-yə 0:3 hesabı ilə uduzmuşdu.

  • 25 oktyabr 08:28
  • 30

XƏBƏR LENTİ

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Search