"Fənərbağça" itkisiz irəliləməyə davam edir.
Türkiyə Super Liqasında 9-cu turun oyunları keçirilir.
Turun mərkəzi oyununda son çempion "Qalatasaray" evində "Beşiktaş"ı qəbul edib. Mauro İkardinin dublu sayəsində meydan sahibləri 2:1 hesabı ilə qələbə qazanıblar. Cari çempionatda itkisiz irəliləyən "Fənərbağça" bu turda da aktivinə 3 xal yazdırıb. Renat Dadaşovun çıxış etdiyi "Hataspor"u qəbul edən sarı-larcıvərdlilər" 4:2 hesabı ilə qələbə qazanaraq 9 oyundan sonra xallarının sayını 27-yə çatdırıblar. "Samsunspor" - "İstanbul Başakşəhər" görüşündə qol səsi eşidilməyib. "Kasımpaşa" qonaq meydanda "Sivasspor"u minimal hesabla məğlub edib. "Konyaspor" - "Pendikspor" oyununda da ikincilər qələbəni bayram edən tərəf olub 1:2. Dörd qolun qeydə alındığı "Kayserispor" - "Rizespor" matçında 3:1 hesabı ilə birincilər qələbə qazanıb."Qaziantep" - "Antalyaspor"oyunu 1:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. "İstanbulspor" "Ankaragücü"dən güclü olub 2:1. Qeyd edək ki tura bu gün keçiriləcək "Fatih Karagümrük" - "Adana Demirspor" və "Trabzonspor" - "Alanyaspor" matçları ilə yekun vurulacaq.