Gənc futbolçu “Barselona”nın tarixinə düşdü

23 oktyabr 2023 - 10:15

“Barselona”nın gənc futbolçusu Mark Qiu İspaniya klubunun tarixinə düşüb.

Sportteam.az xəbər verir ki, o, La Liqanın X turunda “Atletik”lə oyunda fərqlənərək buna nail olub.

79-cu dəqiqədə meydana daxil olan hücumçu cəmi 1 dəqiqə sonra komandasına 1:0 hesablı qələbə qazandıran qolu vurub. 17 yaş 291 günündə fərqlənən Qiu XXI əsrdə La Liqada “Barsa”nın heyətində debüt matçında fərqlənən ən gənc oyunçu rekordunu yeniləyib.

Qeyd edək ki, 24 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşan “Barselona” lider “Real”dan cəmi 1 xal geri qalır.

  • 23 oktyabr 10:15
  • 172

XƏBƏR LENTİ

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Search