İngiltərə Kubokunun formatı dəyişdirilir

20 oktyabr 2023 - 13:51

İngiltərə Futbol Assosiasiyası təqvim islahatı çərçivəsində ölkə kubokunun (FA Cup) formatının dəyişdirilməsi imkanını nəzərdən keçirir.

Sportteam.az BBC-yə istinadən xəbər verir ki, UEFA avrokubokları genişləndirmək qərarına gəldikdən sonra İngiltərədə keçirilən turnirlərin təqvim islahatına ehtiyac yaranıb.

Assosiasiya III və IV turların oyunlarında heç-heçə qeydə alınacağı təqdirdə, cavab matçlarını ləğv etmək niyyətindədir.

Yarımfinalda da cütün taleyinin bir matçla həll olunacağı gözlənilir.

Mümkün dəyişikliklər yalnız 2025/2026 mövsümündə tətbiq edilə bilər. Çünki yayım hüquqları ilə bağlı artıq bir çox müqavilələr bağlanılıb.

  • 20 oktyabr 13:51
  • 33

XƏBƏR LENTİ

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Search