“Kəpəz” daha bir legioner futbolçunu heyətinə qatdı

13 oktyabr 2023 - 15:21

“Kəpəz” daha bir legioner futbolçu transfer edib.

Sportteam.az-ın klubun mətbuat xidmətinə istinadən məlumatına görə, gəncəlilər bu dəfə hücum xəttini gücləndiriblər.

Ötən gün qapıçı İqor Rodrigeslə anlaşan bölgə təmsilçisi bu dəfə malili Adama Nianeni heyətə cəlb edib. 30 yaşlı forvard yeni komandası ilə mövsümün sonuna qədər müqavilə bağlayıb.

Qeyd edək ki, Adama Niane son olaraq İranın “Nassaji” klubunda çıxış edib. O, daha əvvəl Fransa və Belçikada legioner həyatı yaşayıb. Futbolçu 2017-2019-cu illərdə Mali millisinin heyətində 7 matçda iştirak edib.

  • 13 oktyabr 15:21
  • 53

XƏBƏR LENTİ

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Search