“Barselona”nın borcu artıb

11 oktyabr 2023 - 06:25

Oktyabrın 21-də “Barselona” klub üzvlərinin assambleyasına rəsmi hesabatlar təqdim edəcək.

Məlumata görə, bu hesabatda klubun oyunçulara görədigər komandalara borcunun artdığı qeyd edilib.

Bildirliir ki, klubun keçən il transferlərə ümumi xərci 163,9 milyon avro olub. Komanda son illərdə icarəyə verilmiş oyunçular üçün ödənilməli olan təxminən 49 milyon avronu hələ də toplaya bilməyib.

Qeyd olunub ki, “Barsa”nın klublara olan borcu 7% artaraq 207 milyon avroya çatıb. Borcun böyük hissəsi 2022-ci ildə müqavilə imzalanan futbolçulara görə yaranıb. Qısamüddətli borc 89,4 milyon avro, uzunmüddətli borc isə 118 milyon avrodur.

Mənbə: championat.com

  • 11 oktyabr 06:25
  • 47

XƏBƏR LENTİ

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Search