“Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində 2-cii oyununa çıxıb.
Sportteam.az-ın məlumatına görə, Qurban Qurbanovun komandası II turda İsveçdə “Hakken”in qonağı olub.
“Ullevi” stadionundakı görüş Azərbaycan təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0. 70-ci dəqiqədə Juninyo Olavio Yassin Benzianın ötürməsindən sonra topu qapıdan keçirib.
İlk turda Bakıda “Molde”ni 1:0 hesabı ilə məğlub edən Azərbaycan təmsilçisi xallarının sayını 6-ya çatdırıb.