"Hakken" - "Qarabağ" oyununu avstriyalı hakimə tapşırıldı

03 oktyabr 2023 - 13:16

İsveçdə yerli "Hakken" və "Qarabağ" komandaları arasında reallaşacaq UEFA Avropa Liqasının qrup mərhələsinin II turunun oyununun təyinatları açıqlanıb.

Sportteam.az-ın məlumatına görə, qarşılaşma Avstriyadan olan hakimlər briqadasına tapşırılıb.

FİFA referisi Sebastian Qishamerə Roland Ridl və Santino Şreyner laynsman qismində yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını Stefan Ebner yerinə yetirəcək.

VAR-da Aleksandr Harkam, AVAR-da isə Kristian Petru Cioçirca olacaq.

Qeyd edək ki, oktyabrın 5-də Höteborqda gerçəkləşəcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

  • 03 oktyabr 13:16
  • 102

XƏBƏR LENTİ

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Search