İlk dəfə çimərlik voleybolu üzrə Avropa Kuboku keçiriləcək

18 sentyabr 2023 - 17:13

İlk dəfə çimərlik voleybolu üzrə qadınlar və kişilər arasında Avropa Kuboku keçiriləcək.

Sportteam.az xəbər verir ki, Avropa Voleybol Konfederasiyasının (CEV) təşkilatçılığı ilə baş tutacaq yarışın əsas məqsədi yerli federasiyalarla əməkdaşlığın genişləndirilməsi, həmçinin klub səviyyəsində çimərlik voleybolu üzrə yarışların sayının artırılmasıdır.

Klublar arasında Avropa Kuboku 5-8 oktyabr tarixlərində Türkiyənin Balıkəsir şəhərində keçiriləcək. Yarışın mükafat fondu 10 000 avrodur.

Turnirdə Azərbaycan təmsilçiləri də iştirak edəcəklər. Ölkəmiz yarışda həm qadın, həm də kişi klubu ilə təmsil olunacaq.

  • 18 sentyabr 17:13
  • 57

XƏBƏR LENTİ

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Search