Futzal üzrə Yüksək və Birinci liqalarda 2023/2024 mövsümünün püşkü atıldı

18 sentyabr 2023 - 13:58

Futzal üzrə Yüksək və Birinci liqalarda 2023/2024 mövsümünün püşkü atılıb.

Sportteam.az xəbər verir ki, tədbir Bakı İdman Sarayında keçirilib.

6 komandanın iştirak edəcəyi Yüksək Liqada oyunlar 4 dövrədən və 20 turdan ibarət olacaq. Mövsümə sentyabrın 26-da start veriləcək. Komandalar 7 legioner sifariş edə biləcəklər.

Birinci Liqada isə 12 komanda mübarizə aparacaq. Çempionat 2 dövrədən və 22 turdan ibarət olacaq. Birinci turun matçları oktyabrın 1-də keçiriləcək.

Yüksək Liqa
I tur
26 sentyabr

“Neftçi” İK – “Baku Fire”
“Araz – Naxçıvan” – “Yasamal Bakı”
“Record club” – U-19

Birinci Liqa
I tur
1 oktyabr

“Bakı” MFK – “Xan Lənkəran”
“STAR kargo” – “Trabzon Azərbaycan”
“Metropoliten” – “Şuşa”
“Dalğa” – “Dəstə Ordubad”
“Baku Fire-2” – “Ulduz”
PFL - “Timsport”

  • 18 sentyabr 13:58
  • 35

Digər xəbərlər

XƏBƏR LENTİ

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Search