“Sabah” basketbol klubu Serbiyada ardıcıl 3-cü qələbəsini qazandı

18 sentyabr 2023 - 09:35

“Sabah” basketbol klubu Serbiyada təşkil edilən təlim-məşq toplanışında son yoldaşlıq görüşünü keçirib.

Sportteam.az-ın məlumatına görə, 5-ci sınağına çıxan Azərbaycan çempionu ardıcıl üçüncü qələbəsini qazanıb.

“Sabah”ın sınaqçı rəqibinin “Zlatibor” olması planlaşdırılsa da, son anda proqramda dəyişiklik edilib. Komandamız yerli “Klik”i 91:62 hesabı ilə məğlub edib.

Qeyd edək ki, “Sabah” ilk iki yoxlama oyununda Serbiya klubları “Vrsac” (57:62) və “Radniçki”yə (81:82) məğlub olub, ardından “OKK Belqrad” (97:84) və “Srvena Zvezda 2”yə (81:78) qalib gəlib.

 

  • 18 sentyabr 09:35
  • 32

XƏBƏR LENTİ

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Search