Dünya çempionatı: Azərbaycanın daha üç güləşçisi mübarizəyə başlayır

18 sentyabr 2023 - 10:18

Bu gün Azərbaycanın daha iki sərbəst güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.

Sportteam.az-ın məlumatına görə, 65 kq çəki dərəcəsində çıxış edən üçqat dünya və üçqat Avropa çempionu Hacı Əliyev təsnifat mərhələsində Çin təmsilçisi Şauhua Yuanla üz-üzə gələcək.

97 kq-da Maqomedxan Maqomedov 1/16 finalda serbiyalı Strahinya Despiçin müqavimətini qırmağa çalışacaq.

Qadın güləşçilərdən isə Alyona Kolesnik xalça üzərinə çıxacaq. 59 kq-da yer alan idmançı 1/8 finalda Bolortuya Xurelxuu (Monqolustan)/Kristina Sazıkina (Belarus, neytral status) cütünün qalibi ilə görüşək.

Bu gün həmçinin daha üç sərbəst güləşçi medal qarşılaşmasına çıxacaq. 92 kq-dakı Osman Nurmaqomedov finalda qazaxıstanlı Rizabek Aytmuxanla güləşəcək. 74 kq-da Turan Bayramov və 79 kq-da Orxan Abbasov bürünc medal uğrunda güləşəcəklər. Onların rəqibləri təsəlliverici duellərdən sonra bəlli olacaq. Bayramov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya da əldə edə bilər.

  • 18 sentyabr 10:18
  • 28

Digər xəbərlər

XƏBƏR LENTİ

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Search