Türkiyə Superliqasının 5-ci turunun oyunları davam edir.
Sportteam.az xəbər verir ki, "Adana Demirspor" doğma meydanda "Pendikspor"u qəbu edib.
Bir neçə gün öncə "Qarabağ"dan "Adana Demirspor"a keçən millimizin qapıçısı oyunu ehtiyyat oyunçular skamyasından izləyib.
Oyuna gəlincə meydan sahibləri rəqibini 3 cavabsız qolla məğlub edib. Bu qələbə sayəsində "Adana Demirspor" keçirdiyi 4 oyundan sonra xalarının sayını 8-ə çatdırıb.