“Sabah” Serbiyada “Srvena Zvezda”ya qalib gəldi

17 sentyabr 2023 - 10:15

Serbiyada təlim-məşq toplanışında olan “Sabah” basketbol klubu yoldaşlıq görüşləri çərçivəsində ikinci qələbəsini qazanıb.

Sportteamaz.az-ın məlumatına görə Azərbaycan çempionu yerli “Srvena Zvezda 2”ni üstələyib.

Belqradda baş tutan matç “Sabah”ın 81:78 hesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycan komandası bu gün son yoxlama oyununa çıxacaq. Bakı vaxtı ilə saat 22:00-da başlayacaq qarşılaşmada rəqib “Zlatibor” olacaq.

Qeyd edək ki, “Sabah” ilk iki yoxlama oyununda Serbiya klubları “Vrsac”a 57:62, “Radniçki”yə 81:82 hesabı ilə məğlub olub, “OKK Belqrad”a isə 97:84 hesabı ilə qalib gəlib.

  • 17 sentyabr 10:15
  • 37

XƏBƏR LENTİ

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Search