Bu gün Azərbaycan Premyer Liqasında VI tura yekun vurulacaq.
Sportteam.az-ın məlumatına görə, son gündə iki görüş olacaq.
“Turan Tovuz” evində Qəbələ”ni qəbul edəcək. İlk xallarını ötən turda qazanan “qırmızı-qaralar” Tovuz səfərində də bunu təkrarlamağa çalışacaq. Hazırda “Turan Tovuz”un aktivində 9, “Qəbələ”nin isə 3 xalı var.
Tura mərkəzi oyunla yekun vurulacaq. Çempionluğa iddialılar “Qarabağ”la “Sabah” Tofiq Bəhramov adına Respublika stadionunda üz-üzə gələcəklər. Mövsümə qeyri-stabil nəticələrlə başlayan komandalar liderlər qrupundan çox uzaq düşməmək üçün qələbə qazanmaq niyyətindədirlər. “Qarabağ”ın hesabında 7, “Sabah”da isə 4 xal var.
Qeyd edək ki, turun əvvəlki matçlarında “Zirə” “Sumqayıt”ı, “Araz-Naxçıvan” “Neftçi”ni 1:0, “Səbail” isə “Kəpəz”i 3:0 hesabı ilə məğlub edib.
Premyer Liqa
VI tur
17 sentyabr (bazar)
16:30. “Turan Tovuz” – “Qəbələ”
Hakimlər: Əliyar Ağayev, Elşad Abdullayev, Asiman Əzizli, Emin Əliyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Yavər Rəhimov
Tovuz şəhər stadionu
19:30. “Qarabağ” – “Sabah”
Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Vüsal Məmmədov, Rəşad Əhmədov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
Tofiq Bəhramov adına Respublika Stadionu