Azyaşlı qızın videosunu yayan dörd “Real Madrid” futbolçusu saxlanıldı

15 sentyabr 2023 - 11:24

İspaniyanın “Real Madrid” klubunun akademiyasının dörd futbolçusu saxlanılıb.

Sportteam.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Madrid təmsilçisinin gənclər komandalarının üzvləri azyaşlı qızın iştirak etdiyi seksual xarakterli video yaymaqda şübhəli bilinərək saxlanılıblar. Bunlardan biri “Real Madrid Kastilya”, üçü isə C komandasının oyunçularıdır.

Sözügedən futbolçuların adı açıqlanmayıb. Klub araşdırma bitdikdən sonra oyunçularla bağlı lazımi tədbir görüləcəyini bildirib.

  • 15 sentyabr 11:24
  • 45

XƏBƏR LENTİ

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Search