Marko Asensio PSJ-nin qarşıdakı oyunlarını buraxacaq.
Sportteam.az xəbər verir ki, buna səbəb 27 yaşlı yarımmüdafiəçinin zədələnməsidi.
Ayağındakı zədə səbəbindən ispaniyalı hücumameyilli oyunçu ən azı sentyabrın sonuna kimi yaşıl meydanlardan kənarda qalacaq. Bu da o deməkdi ki, Asensio Liqa 1-də “Nitsa”, “Marsel” və “Klermon”la oyunlarda iştirak etməyəcək.
O, eyni zamanda sentyabrın 19-da Dortmund “Borussiya”sına qarşı keçiriləcək Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda da məşqçilər korpusunun ixtiyarında olmayacaq.