“Sumqayıt” yeni transferini açıqladı

11 sentyabr 2023 - 21:39

2023/24 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” bir futbolçunun keçidini reallaşdırıb.

Sportteam.az xəbər verir ki, klubdan verilən məlumata görə, komanda Şimali Makedoniyanın “AP Brera” klubunun futbolçusu Kristian Velinovski ilə 2 illik müqavilə imzalayıb.

24 yaşlı cinah oyunçusu 18 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Kristian Velinovski karyerası ərzində Şimali Makedoniyanın “Breqalnitsa” və “AP Brera” klublarında çıxış edib. Velinovski Şimali Makedoniyanın 21 yaşlılardan ibarət milli komandasına da dəvət alıb.

  • 11 sentyabr 21:39
  • 99

XƏBƏR LENTİ

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Search