“Barselona”nın baş məşqçisi Xavi klubla müqaviləsini yeniləyəcək.
Sportteam.az xəbər verir ki, bu barədə italiyalı jurnalist Fabritsio Romano paylaşımında yazıb.
Onun sözlərinə görə, 43 yaşlı mütəxəssis bu həftə yeni sözləşməyə qol çəkəcək. Xavinin anlaşma müddətinin 2026-cı ilin yayına qədər uzadılması nəzərdə tutulub.
Qeyd edək ki, Xavi 2021-ci ilin noyabrından “Barselona”ya rəhbərlik edib. Komanda onun rəhbərliyi altında 2022-23 mövsümündə İspaniya çempionu olub.