Kiyev "Dinamo"sunun futbolçusu "Sabah"da

06 sentyabr 2023 - 18:46

“Sabah” klubu daha bir futbolçunun keçidini rəsmiləşdirib.

Sportteam.az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, yamaykalı vinger Kahim Parris Ukraynanın “Dinamo” (Kiyev) klubundan icarəyə götürülüb.

İcarə müqaviləsinin müddəti cari mövsümün sonuna qədərdir. Anlaşmaya əsasən, "bayquşlar" mövsümün sonunda 23 yaşlı futbolçunu transfer etmək hüququna malikdirlər.

Parris karyerası ərzində Yamaykanın “Kavalier” (2017-2019), Sloveniyanın “Domjale” (2019/2020), “Krka” (2020-2021), “Koper” (2021-2022) klublarında çıxış edib. Oyunçu 2022-ci ildən Ukraynanın “Dinamo” (Kiyev) klubunun üzvüdür. Yamayka millisinə də dəvət alan vinger yığmada 10 matç keçirib. O, “Sabah”da 28 nömrəli formada çıxış edəcək.

  • 06 sentyabr 18:46
  • 34

XƏBƏR LENTİ

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Search