Türkiyə klubu sabiq baş məşqçisini geri qaytardı

06 sentyabr 2023 - 18:44

Türkiyənin "Qaziantep" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Sportteam.az əyalət təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Marius Şumudike ilə razılıq əldə edilib.

52 yaşlı rumıniyalı mütəxəssis sentyabrın 7-də Qaziantepə gedərək son detalları müzakirə edəcək. O, bu postda Erdal Günəşi əvəzləyib.

Qeyd edək ki, son olaraq Səudiyyə Ərəbistanında "Əl Raed"də işləyən Marius Şumudike 2019-2021-ci illərdə də "Qaziantep"in "sükanı arxasında" olub.

  • 06 sentyabr 18:44
  • 45

XƏBƏR LENTİ

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Search