“Qarabağ” Avropa Liqasının qrup mərhələsində!

31 avqust 2023 - 21:55

"Qarabağ" UEFA Avropa Liqasında qrup mərhələsinə vəsiqə əldə edib.

Sportteam.az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda pley-offun cavab oyununda Sloveniya "Olimpiya"sını qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşma 1:1 hesabı ilə bərabərə yekunlaşıb.

Azərbaycan təmsilçisinin heyətində Toral Bayramov 24-cü dəqiqədə penaltidən fərqlənərək hesabı açıb. Qonaqlardan Dioqo Pinto 36-cı dəqiqədə tarazlığı bərpa edib.

Səfərdəki görüşdə rəqibini iki cavabsız qolla üstələyən "köhlən atlar" Avropa Liqasında qrup mərhələsinə yüksəlib.

Ölkə çempionunun qrupdakı rəqibləri sentyabrın 1-də bəlli olacaq.

  • 31 avqust 21:55
  • 54

XƏBƏR LENTİ

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Search