"Çelsi" İngiltərə Premyer Liqasında 3-cü tur oyununa çıxıb.
Sportteam.az xəbər verir ki, London klubu "Luton Taun"u qəbul edib. Matç meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
"Çelsi" - "Luton Taun" - 3:0
Qollar: Sterlinq, 17, 68, Cekson, 75
Qeyd edək ki, "Çelsi" 4 xalla 8-ci, "Luton Taun" 0 xalla 20-ci pillədə qərarlaşıb.