Cəbrayıl Hacıyev dünya çempionatının finalında

29 iyul 2019 - 20:08

SPORTTEAM/ Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə güləşçilər arasında dünya çempionatı start götürüb. İlk yarış günündə 48, 55, 65, 80 və 110 kq-da çıxış edən sərbəst güləşçilər mübarizə aparır.

Cavid Cavadov dünya çempionatına inamlı qələbəylə başlayıb. Həmyerlimiz debütdə Rusiyadan olan rəqibinə "tuşe" ilə qalib gəlib. Ancaq 1/4 finalda Özbəkistan idmançısına yenilib.

Zirəddin Bayramov ilk mərhələdə Belarus təmsilçisinə vaxtından əvvəl qalib gəlib. Şəmkir güləş məktəbinin yetirməsi daha sonra Avropa çempionu və Bakıda keçirilən Avropa Gənclər Olimpiya Festivalının (EYOF) qalibi olmuş İtaliya idmançısına göz açmağa imkan verməyib və 1/4 finala yüksəlib. Ancaq qitə birinciliyinin yarımfinalında məğlub olduğu Türkiyə güləşçisinə növbəti dəfə uduzub.

Cəbrayıl Hacıyev debütdə türk rəqibini çətinlik çəkmədən məğlub edib. EYOF-un qalibi daha sonra iranlı pəhləvanla qarşılaşmadan qalib ayrılıb. Yapon güləşçini də yolundan kənarlaşdıran Cəbrayıl yarımfinala vəsiqə qazanıb.

Fərid Cabbarov gərgin keçən görüşdə amerikalı güləşçiyə uduzub.
Hamlet Nəsibli ilk görüşdə ukraynalı həmkarıyla bacarmayıb.

48 kq
1/8 final: Cavid Cavadov - Dalqat Abdulkadırov (RUS) 6:3 (tuşe)
1/4 final: Cavid Cavadov - Kamronbek Kadamov (UZB) 4:8

Təsəlliverici görüş: Cavid Cavadov - Otqonbataar Boldbataar (MGL)

55 kq
Təsnifat: Zirəddin Bayramov - İvan Xramika (BLR) 10:0
1/8 final: Zirəddin Bayramov - Simone Vinçentso Piroddu (İTA) 10:0
1/4 final: Zirəddin Bayramov - Muhammet Karavus (TUR) 2:4

65 kq
Təsnifat: Cəbrayıl Hacıyev - Mikayıl Topal (TUR) 11:5
1/8 final: Cəbrayıl Hacıyev - Əmir Hüseyn Rza Motaqi (İRİ) 4:3
1/4 final: Cəbrayıl Hacıyev - Ryosuke Kera (JPN) 6:4
1/2 final: Cəbrayıl Hacıyev - Davit Patsinaşvili (GEO) 7*:7

FİNAL: Cəbrayıl Hacıyev - Batırbek Çxovrebov (RUS)

80 kq
Təsnifat: Fərid Cabbarov - Klayton Edqar Ulrey (USA) 4:4*

110 kq
1/8 final: Hamlet Nəsibli - David Mçelidze (UKR) 0:2 

  • 29 iyul 20:08
  • 530

XƏBƏR LENTİ

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Search